Mar
2021
20:34
236
30
2629
Virtual karabakh

Britaniya kraliçası təyyarəsiz qala bilər

7 Mar, 2021
20:34
2629

Britaniya kraliçası təyyarəsiz qala bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Britaniya kral ailəsinə xidmət edən dörd ədəd BAe 146 hava layneri istismardan çıxarıla bilər.

“Daily Mail” nəşrinin məlumatına görə, buna səbəb krallığın müdafiə strategiyasına yenidən baxılmasıdır.

Martın 16-da Britaniyanın yeni müdafiə konsepsiyası açıqlanacaq. Məhz bundan sonra təyyarələrin aqibətinə aydınlıq gələcək. Ekspertlərin fikrincə, hava gəmilərinin təhlükəsizlik səbəbindən kral ailəsindən alınacağı və satışa çıxarılacağı gözlənilir.

Qeyd edək ki, bu təyyarələr ötən əsrin 80-ci illlərindən bəri ailənin istifadəsindədir. Hazırda 32-ci kral hava eskadriliyasının tərkibində dörd ədəd BAe 146 təyyarəsi var. Əgər onlar satılarsa, o zaman kral ailəsinin aviasiyasında yalnız AW 109 helikopteri qalacaq.

Bəzi yerli jurnalistlər kral ailəsi üzvlərinin ölkənin Baş nazirinin təyyarəsindən istifadə edə biləcəklərini yazır. Lakin Britaniya kraliçasının Baş nazirlə eyni təyyarəni paylaşması iddiaları hələ ki, rəsmi xarakter daşımır.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri