7 
Mar
2021
19:03
20
220
1268
yuxarı
Slovakiya yer çatışmazlığından koronavirusa yoluxanları Almaniya və Polşaya göndərir
7 Mar, 2021
19:03
1268
20
220
Slovakiya yer çatışmazlığından koronavirusa yoluxanları Almaniya və Polşaya göndərir
Slovakiya koronavirus xəstələrini Almaniya və Polşaya göndərməyə başlayıb.
TASS ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, Slovakiya xəstəxanalarının reanimasiya şöbələrində yer yoxdur. Təkcə ötən sutka ərzində ölkədə 2552 yeni yoluxma halı qeydə alınıb.
Hazırda Slovakiyada ağır vəziyyətdə olan koronavirus xəstələrinin sayı ən yüksək həddə - 349 nəfərə çatıb. Məhz bu səbəbdən də artıq intensiv terapiya palatalarında boş yer qalmayıb.
İlk iki xəstə şənbə günü Almaniyanın Dortmund klinikasına göndərilib. Bu gün isə bəzi xəstələr Polşanın Qorlitsa şəhərindəki COVID hospitalına yola salınıb.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək