Mar
2021
21:37
167
26
3807
Virtual karabakh

Avstriyada “AstraZeneca” peyvəndi ilə vaksinasiya dayandırılıb

7 Mar, 2021
21:37
3807

Avstriyada “AstraZeneca” peyvəndi ilə vaksinasiya dayandırılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avstriya hökuməti “AstraZeneca” peyvəndi ilə vaksinasiyanı dayandırıb.

“RİA Novosti”nin məlumatına görə, qərar peyvənd vurulandan sonra bir qadının ölümü və digərinin xəstələnməsinin ardından qəbul edilib. Bu barədə Avstriyanın Səhiyyədə Təhlükəsizlik Federal İdarəsinin (BASG) bəyanatında bildirilib.   

Sənədə əsasən, 49 yaşlı qadın peyvənd olunduqdan sonra vəfat edib. Onun ölümünə səbəb qan laxtalanması olub. Digər 35 yaşlı qadında isə vaksinasiya nəticəsində ağciyər damarlarında tromblar əmələ gəlib. Hazırda o, xəstəxanada müalicə alır.

Qeyd edək ki, iki gün öncə Macarıstanda da “AstraZeneca” peyvəndi ilə vaksinasiya dayandırılıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri