Mar
2021
10:30
39
195
1807
Virtual karabakh

Macarıstanda pandemiya dövrünün ən sərt məhdudiyyətləri tətbiq ediləcək

8 Mar, 2021
10:30
1807

Macarıstanda pandemiya dövrünün ən sərt məhdudiyyətləri tətbiq ediləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Macarıstandan bu gündən etibarən pandemiyanın başlanmasından bu yana ən sərt məhdudiyyətlər qüvvəyə minir.

Bu barədə “Euronews” məlumat yayıb.

Ölkədə aprelin 7-nə qədər uşaq bağçaları və ibtidai məktəblər bağlı olacaq. Martın 22-nə qədər xidmət sahələri, həmçinin mağazalar (ərzaq mağazaları və apteklər istisna olmaqla) bağlı olacaq.

Həftə sonu paytaxt Budapeştdə və digər böyük şəhərlərdə müştərilər mağazalara axın edib. Supermarketlər və mebel dükanlarının qarşısındakı avtomobil dayanacaqlarında demək olar ki, boş yerlər qalmayıb.

Koronavirusa yoluxma hallarının artması fonunda tətbiq olunacaq məhdudiyyətlərlə bağlı əhaliyə cümə axşamı xəbərdarlıq edilib. Hökumət müəssisə rəhbərliklərinə müraciət edərək uzaqdan iş rejiminə keçməyə çağırış edib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri