Mar
2021
05:49
35
154
1567
Virtual karabakh

Britaniya kraliçası 2600 funta küçük alıb

9 Mar, 2021
05:49
1567

Britaniya kraliçası 2600 funta küçük alıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Britaniya kraliçası II Yelizaveta hər biri 2600 funt sterlinq (təxminən 6100 manat) olmaqla, iki ədəd korqi cinsinə aid küçük alıb.

Bu barədə “Sun on Sunday” nəşri məlumat yayıb.

Küçüklər “Pets4 Homes” saytı vasitəsilə əldə edilib.

Qeyd edək ki, bu yaxınlaradək Vindzor qəsrində korqi və miniatür taksa cinslərinin qarışığından törəmiş Kendi adlı itin yaşadığı məlum idi.

Xatırladaq ki, indiyədək II Yelizaveta 30-a yaxın itə sahib olub. O, ilk itini 18 yaşının tamam olması münasibətilə atası kral VI Qeorq tərəfindən hədiyyə olaraq alıb.

Kraliçanın Syüzen adlı ilk iti də korqi cinsindən idi. II Yelizavetanın bugünədək sahib olduğu bütün itlərin məhz Syüzinin törəmələri olduğu deyilir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri