10 
Mar
2021
10:48
101
19
6652
Virtual karabakh

Baham adalarından biri satışa çıxarıldı - FOTO

Baham adalarında arxipelaqın ən cənub adası satışa çıxarılıb.

“The Sun” xəbər verir ki, Sent-Endryus üçün (Little Ragged Island) 14 milyon funt sterlinq (33 004 996 AZN) qiymət müəyyən edilib.

O hazırda dünyada satışa çıxarılan ən böyük adadır.

Sahəsi 295 hektar olan ada aerodromu olan ən yaxın digər adadan 10 dəqiqə məsafədə yerləşir.

Qeyd edək ki, Baham adaları Britaniya Millətlər Birliyinə daxil olan müstəqil dövlətdir. Dövlətin başçısı Britaniya kraliçası hesab olunur.  

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri