26 
Mar
2021
22:54
597
33
3996
Virtual karabakh

Vazgen Manukyan: “Ermənistan dövləti uçuruma yuvarlanmaqda davam edir”

26 Mar, 2021
22:54
3996

Vazgen Manukyan: “Ermənistan dövləti uçuruma yuvarlanmaqda davam edir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hər kəsə aydındır ki, Ermənistan dövləti uçuruma yuvarlanmaqda davam edir”.

Bunu ölkə müxalifətinin liderlərindən biri sayılan Vazgen Manukyan yerli telekanallara müsahibəsi zamanı bəyan edib.

Ermənistanın keçmiş Baş naziri, hazırda isə “Vətənin xilası naminə hərəkat”ın aparıcı simalarından biri olan V.Manukyan vurğulayıb ki, ölkəsinin Qarabağ müharibəsində verdiyi itkilər əhali nisbəti baxımından Ginnesin Rekordlar Kitabına düşə biləcək səviyyədədir.

“44 gün ərzində 5 mindən çox itki verdik. 2.5 milyonluq bir xalq üçün bu Ginnes rekordu sayıla bilər”, - deyə o, bildirib.  

Eks Baş nazir Ermənistan ordusunun zəif olmadığını və məğlubiyyətin günahını hazırkı hökumətdə gördüyünü qeyd edib. Onun sözlərinə görə, əgər vəziyyət belə davam edərsə, Ermənistan 150 il öncəki vəziyyətə qayıda bilər.  

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri