30 
Mar
2021
01:30
210
23
3489
Virtual karabakh

Süveyş kanalında gəmilərin hərəkəti bərpa olunub

30 Mar, 2021
01:30
3489

Süveyş kanalında gəmilərin hərəkəti bərpa olunub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Altı günlük fasilədən sonra Süveyş kanalında hərəkət bərpa olunub.

TASS xəbər verir ki, Bakı vaxtilə saat 22.00 radələrində ilk gəmilər kanal vasitəsilə Aralıq dənizinə daxil olublar.

Hazırda 400-dən çox gəminin kanalın qarşısında növbə gözlədiyi bildirilir.

Kanal idarəsinin rəisi Usama Rabianın sözlərinə görə, səhərədək 113 gəminin kanaldan keçməsi planlaşdırılır.

Bir neçə günə isə kanal ətrafındakı tıxacın aradan qaldırılacağı gözlənilir.

Xatırladaq ki, uzunluğu 400 metr, yükgötürmə qabiliyyəti təxminən 224 min ton olan gəmi Çindən Niderlanda yola düşüb və keçən çərşənbə axşamı kanalda saya oturaraq hərəkəti tam məhdudlaşdırıb. Bu gün səhər saatlarında “Ever Given” kanalda ilişdiyi yerdən çıxarılıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri