Apr
2021
01:35
26
272
8311
Virtual karabakh

Həkim reanimatoloq: “Çipləmə” COVID-19-a qarşı vaksinasiyanın əsasını təşkil edir

6 Apr, 2021
01:35
8311

Həkim reanimatoloq: “Çipləmə” COVID-19-a qarşı vaksinasiyanın əsasını təşkil edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Çipləmə” deyilən prinsip həqiqətən də vaksinasiyanın əsasını təşkil edir.

“RİA Novosti”nin məlumatına görə, bu barədə Rusiyada “Invitro” özəl tibb şəbəkəsinin qurucusu, həkim-reanimatoloq Aleksandr Ostrovski danışıb.

Onun sözlərinə görə, sakinlərin koronavirusa qarşı vaksinasiyası çox mənfi konotasiyada təqdim olunur, amma bu tam belə deyil.

“Hansısa mənada, vaksinasiyanın əsasına həqiqətən də “çipləmə” prinsipi qoyulub: Bədənə DNT, RNT və ya öldürülmüş virusun özü şəklində məlumat daşıyıcısı daxil olur, nəticədə biosistem anticisim istehsal etməyə başlayır”, - deyə mütəxəssis əlavə edib.

Həkim həmçinin koronavirusa qarşı peyvəndin könüllü olmasına baxmayaraq, vaksinasiyanın populyarlaşdırılmasının zəruriliyindən danışıb.

“İnsanlara bunun təhlükəsinin xəstəliyin nəticələrinin təhlükəsi ilə müqayisə edilməz dərəcədə aşağı olduğunu izah etmək çox vacibdir”, - deyə reanimatoloq vurğulayıb.

Tibbi şəbəkənin rəhbəri əhalinin sağlamlıqlarına qarşı məsuliyyətsiz yanaşmalarından və COVID-19-un ölümcül təhlükəsini qəbul etməməkdə israrlı olmasından narahatlığını bildirib.

“İnsan reanimasiya şöbəsinə düşənə, ağciyərlərin süni ventilyası aparatına qoşulana qədər, hesab edir ki, bütün baş verənlərin ona aidiyyatı yoxdur və ona toxunmayacaq”, - deyə Ostrovski yekunlaşdırıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri