Apr
2021
12:48
168
16
2287
Virtual karabakh

Ukrayna rəsmisi Donbasda hansı hallarda atəş açacaqlarını açıqladı

7 Apr, 2021
12:48
2287

Ukrayna rəsmisi Donbasda hansı hallarda atəş açacaqlarını açıqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukrayna Xarici İşlər naziri (XİN) Dmitri Kuleba ölkənin şərqində gərginləşmiş vəziyyətə münasibət bildirib.

Bu barədə diplomat Fransanın “Liberation” qəzetinə müsahibə verib.

O, Ukrayna tərəfinin Donbass ərazisinə hansı şərtlərdə atəş açmağa hazır olacağını açıqlayıb.

“Yalnız əsgərlərimiz üçün bir təhlükə olduğu və ya onlara hücum edildiyi təqdirdə atəş açacağıq”, - deyə o bildirib.

Eyni zamanda, onun sözlərinə görə, Kiyev bu məsələni diplomatik və siyasi yollarla həll etməyə çalışmağa sadiqdir.

Nazir həmçinin əlavə edib ki, “Ukrayna səlahiyyətliləri bölgədə dekabr ayına qədər yaxşı işləyən atəşkəsin qəbul olunmasından məmnundular. Sonra Moskvada nəsə dəyişdi”.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri