8 
Apr
2021
07:32
22
129
3074
yuxarı
Bişkek səmasındakı “yaşıl işıq” narahatlığa səbəb oldu - VİDEO
8 Apr, 2021
07:32
3074
22
129
Bişkek səmasındakı “yaşıl işıq” narahatlığa səbəb oldu - VİDEO
Qırğızıstanın fövqəladə hallar xidməti Çuysk vilayətində meteoritin düşməsi barədə yayılan xəbərləri araşdırır.
“AkiPress”in məlumatına görə, dünən Bakı vaxtı ilə saat 21.00 radələrində paytaxt Bişkek səmasında yaşıl rəngli işıq saçan obyekt görünüb.
Hadisənin şahidləri tərəfindən mobil telefon vasitəsilə qeydə alınan “naməlum uçan obyektin” meteorit olması güman edilir.
Onun Çuysk vilayətində deyil, ölkə sərhədlərindən kənarda yerə düşməsi ehtimal olunur.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək