Apr
2021
16:12
383
30
5974
Virtual karabakh

Moskvada ümidləri puç olan Paşinyan - VİDEO

8 Apr, 2021
16:12
5974

Moskvada ümidləri puç olan Paşinyan - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünən Moskvada Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putinin görüşü baş tutdu. Öz ölkəsindən böyük ümidlərlə Rusiyaya üz tutan Paşinyanın elə ümidləri Moskavadaca puç oldu desək, yanılmarıq.

Elə ilk salamlaşmadan belə Ermənistanın baş nazirinin Rusiya prezidenti üçün o qədər də vacib fiqur olmadığı açıq aydın göründü. Ardınca da Paşinyanın absurd fikirləri və gülünc təklifləri... 

Politoloq Anar Əliyev deyir ki, Paşinyan Moskva görüşünə iki mühüm xahişlə getmişdi. Amma onun istəklərinin heç biri müzakirə mövzusuna çevrilmədi. 

Politoloq hesab edir ki, ümumiyyətlə görüş Ermənistanın baş naziri üçün uğurlu olmayıb. Çünki onun absurd fikirləri bu nəticəyə gətirib çıxardı. Xüsusilə də ikinci atom elektrik stansiyasının tikilməsi ilə bağlı olan istəyi...

Nikol Paşinyanın 4 dəqiqədə 10 dəfə qeyd kağızına baxmasından tutmuş, Putinlə gedən danışıqlarının və istəklərinin hər biri ayrı-ayrılıqda Ermənistanın siyasi arenasında müzakirə mövzusu oldu. Paşinyanı bütün erməni xalqının adına utanc gətirən cahil və səliqəsiz avara adlandırdılar. 

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri