8 
Apr
2021
16:06
50
220
3280
yuxarı
Daha bir ölkədə koronavirusla bağlı karantin sərtləşdirilir
Monqolustan hökuməti koronavirusa yoluxma hallarının artması səbəbilə karantin məhdudiyyətlərini sərtləşdirmək qərarına gəlib.
Bu barədə RT məlumat yayıb.
Hazırda məhdudiyyətlərin konkret olaraq hansı sahələri əhatə edəcəyi bəlli olmasa da, 10-25 aprel tarixlərində tətbiq ediləcəyi qeyd olunur.
Qeyd edək ki, buna qədər Fransa Prezidenti Emmanuel Makron koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə ilə bütün ölkə ərazisində dörd həftəlik lokdaun (qapanma) elan ediləcəyi xəbərini vermişdi.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək