10 
Apr
2021
15:40
26
241
9338
Virtual karabakh

Gürcüstanda matəm elan olundu

10 Apr, 2021
15:40
9338

Gürcüstanda matəm elan olundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstan hökuməti 10 aprel tarixində bütün ölkə ərazisində bir günlük matəm elan edib.

“Sputnik Gürcüstan” xəbər verir ki, bu, Abxaziya ərazisində dörd yerli vətəndaşın ölməsi ilə əlaqədardır.

İki qadın və iki kişi aprelin əvvəlində İnquri çayını keçərkən onlarla əlaqə kəsilib.

Həmin şəxslərdən üçünün cəsədi aprelin 7-də tapılıb. Dördüncü şəxsin meyiti isə dünən axşam Gürcüstanın qərbində, Orsantiya kəndi yaxınlığında aşkar edilib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri