11 
Apr
2021
12:32
504
33
5056
Virtual karabakh

Türkiyə diplomatik qalmaqala görə İtaliyadan hərbi helikopter almaqdan imtina etdi

11 Apr, 2021
12:32
5056

Türkiyə diplomatik qalmaqala görə İtaliyadan hərbi helikopter almaqdan imtina etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə hökumət İtaliyanın “Leonardo” (keçmiş “Finmeccanica”) hərbi-sənaye konsorsiumundan Hərbi Hava Qüvvələri üçün təlim helikopterlərinin alınması ilə  müqaviləni dayandırıb.

“La Repubblica” qəzetinin bazar günü yazdığı məlumata görə, 70 milyon avro dəyərində müvafiq müqavilənin bu günlərdə imzalanması gözlənilirdi. Lakin Türkiyə tərəfi İtaliyanın Baş naziri Mario Draginin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı açıqlamalarına görə müqaviləni təxirə salıb .

Qəzetin yazdığına görə, AW169 maşınlarının köhnə “Agusta-Bell 206” modelini əvəz etməsi üçün imzalanmalı olan razılaşma İtaliya tərəfinə 150 milyon avroya qədər gəlir gətirə bilər. Nəşr iddia edir ki, İtaliyanın enerji sektoru da təhlükə altındadır. Ankaranın Romanın rəsmi şəkildə üzr istəməsi üçün bu yolla təzyiq göstərməyə çalışdığı ehtimal olunur.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri