11 
Apr
2021
20:55
648
40
3588
Virtual karabakh

Ərdoğan: “Kafirin qılıncını yelləyərək üzərimizə gələnləri gördükcə təəssüflənirik”

11 Apr, 2021
20:55
3588

Ərdoğan: “Kafirin qılıncını yelləyərək üzərimizə gələnləri gördükcə təəssüflənirik”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Dolmabağça iqamətgahında Beynəlxalq Demokratlar Birliyinin Qadın və Gənclik təşkilatı nümayəndələrini qəbul edib.

“Haber Global”ın məlumatına görə, qəbul zamanı dövlət başçısı bir sıra maraqlı açıqlamalar verib.

O bildirib ki, tibbi maska taxmaq və sosial məsafəyə riayət etməklə xəstəliyə birlikdə qalib gəlmək mümkündür.  

“Allahın izniylə Türkiyə bu sınaqdan güclənərək çıxacaq. Pandemiyanın əvvəlindən bu yana 142 ölkədən 100 mindən çox vətəndaşımızı vətənə gətirdik. 157 ölkə və 12 beynəlxalq təşkilata yardım göndərərək Türkiyənin, türk millətinin alicənablığını bütün dünyaya göstərdik. Hazırda Avropada 6 milyon vətəndaşımız var. Onların yaşadıqları ölkələrin siyasi, iqtisadi, sosial və mədəni həyatına verdiyi töhfələrlə qürur duyuruq”, - deyə R.T.Ərdoğan bildirib.

Dövlət başçısı son 19 ildə ölkədə əldə olunan uğurlarda qadın və gənclərin böyük pay sahibi olduğunu, bunu gözü götürməyən qüvvələrin isə Qərbdən dəstək alaraq, Türkiyədə ictimai asayişi pozmağa cəhd göstərdiyini də bəyan edib.

“Türkiyənin rekordlar və uğurlarla dolu son 19 ilinə qadınlar və gənclərimizlə birlikdə möhür vurduq. Guya bizə müxalif olmaq adıyla kafirin qılıncını yelləyərək üzərimizə gələnləri gördükcə təəssüflənirik”, - deyə prezident qeyd edib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri