11 
Apr
2021
18:10
729
40
2375
Virtual karabakh

Ərdoğan: “Rusiya və Ukrayna arasındakı ziddiyyətlərin tezliklə sülh yolu ilə həllini istəyirik”

11 Apr, 2021
18:10
2375

Ərdoğan: “Rusiya və Ukrayna arasındakı ziddiyyətlərin tezliklə sülh yolu ilə həllini istəyirik”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Rusiya ilə Ukrayna arasındakı fikir ayrılıqlarının tez bir zamanda sülh yolu ilə həllini arzuladığını bəyan edib.

“RİA Novosti”nin məlumatına görə, dövlət başçısı bildirib ki, Türkiyə iki ölkə arasındakı zidiyyətlərin həlli üçün səylər göstərir.  

“İstərdik ki, bölgəmizin sakit və təhlükəsiz gələcəyi naminə Rusiya və Ukrayna öz aralarındakı ziddiyyətləri mümkün qədər tez bir zamanda danışıqlar və sülh yolu ilə həll etsin. Biz də bu yolda səylər göstəririk”, - deyə R.T.Ərdoğan Dolmabağça iqamətgahında Beynəlxalq Demokratlar Birliyinin Qadın və Gənclik təşkilatı nümayəndələri qarşısında çıxış edərkən qeyd edib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri