11 
Apr
2021
18:25
463
22
2180
Virtual karabakh

Türkiyədə Ay missiyası üçün raket mühərriki sınaqları uğurla başa çatdı – FOTO

11 Apr, 2021
18:25
2180

Türkiyədə Ay missiyası üçün raket mühərriki sınaqları uğurla başa çatdı – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Aya uçuş üçün nəzərdə tutulan hibrid raket mühərrikinin sınaqları uğurlu olub.

Bunu qardaş ölkənin Sənaye və Texnologiya naziri Mustafa Varank bildirib.

Nazir bu barədə “Twitter” sosial şəbəkəsində paylaşım edib.

“Milli kosmik proqram çərçivəsində Ay missiyasının birinci mərhələsi olan sərt eniş üçün hazırlıqlarımız davam edir. FireSonda (SORS) raketinin mühərrik qurğusu və RocketHibrit mühərrikinin testi uğurla nəticələnib”, - deyə M.Varank yazıb.

Nazirin paylaşımını retvit edən “Bayraktar” PUA-larının yaradıcısı Səlçuk Bayraktar da bu işdə əməyi olanları təbrik edib.

“Yetər ki, inanaq və bir ürək olaq. Bax bu zaman Allahın izni ilə kosmosa da, Aya da, hətta ondan uzaqlara da gədərik”, - deyə Bayraktar qeyd edib.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri