12 
Apr
2021
16:12
20
185
1150
Virtual karabakh

Yaponiyada son üç gündə 210 zəlzələ baş verib

12 Apr, 2021
16:12
1150

Yaponiyada son üç gündə 210 zəlzələ baş verib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yaponiyanın Kaqosima prefekturasına daxil olan Tokara adalarında aprelin 9-dan bəri insanın hiss edə biləcəyi 210 zəlzələ baş verib. Onların arasında ikisinin gücü 5 baldan artıq olub.

TASS-ın məlumatına görə, bu barədə ölkənin Milli İctimai Televiziyası xəbər verib.

Bütün hallarda yeraltı təkanların ocağı okean dibinin altında təxminən 20 km dərinlikdə yerləşib. İtki və dağıntılar barədə məlumat verilməyib.

Meteorologiya İdarəsi meydana gələn seysmik aktivliyin mahiyyətini öyrənir və bunun daha bir neçə gün davam edə biləcəyi barədə xəbərdarlıq edib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri