14 
Apr
2021
16:54
435
20
5035
Virtual karabakh

Paşinyan: “Ter-Petrosyan hələ 2018-ci ildə mənə torpaqları qaytarmağı təklif etdi”

14 Apr, 2021
16:54
5035

Paşinyan: “Ter-Petrosyan hələ 2018-ci ildə mənə torpaqları qaytarmağı təklif etdi”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin iclasında çıxışı zamanı bildirib ki, ölkənin birinci prezidenti Levon Ter-Petrosyan hələ 2018-ci ilin yayında ona Qarabağdakı əraziləri qaytarmağı təklif edib.

“İlk prezidentin mənə 2018-ci ilin iyulundakı görüşümüzdə söylədikləri barədə sirri açacam. Sitat gətirirəm: “Torpaqları artıq verməlisən”. Nəyin qarşılığında? Niyə? Necə? Hər halda ilk prezidentin həmin gün formalaşan təsəvvürləri bu çərçivədən kənara çıxmadı, qalan hər şey isə qiymətləndirmə məsələsidir”, - deyə N.Paşinyan bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri