15 
Apr
2021
09:42
658
17
2675
Virtual karabakh

Zelenski qaçaqmalçılığa görə ermənini vətəndaşlıqdan məhrum etdi

15 Apr, 2021
09:42
2675

Zelenski qaçaqmalçılığa görə ermənini vətəndaşlıqdan məhrum etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukrayna Prezidenti Vladimir Zelenski üç nəfərin ölkə vətəndaşlığından məhrum edilməsi haqqında fərman imzalayıb.

Onlardan ikisi qaçaqmalçılıqda iştirak etdikləri üçün ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurası (NSDC) tərəfindən cəzalandırılıb.

Bu barədə RBC Ukrayna prezident aparatındakı mənbəyə istinadən məlumat yayıb.

“Qərar verildi. Sonra sənədlər Milli Təhlükəsizlik və Müdafiə Şurasına, Xarici İşlər Nazirliyinə, Miqrasiya Xidmətinə göndərildi”, - deyə bildirilir.

Həmin şəxslərin Vadim Alperin, Arayik Amirhanyan və Aleksandr Erimiçuk olduğu qeyd edilir.

Ukrayna vətəndaşlığından məhrum edilmə bu üç şəxsin digər dövlətlərdə vətəndaşlıqlarının olması ilə əlaqədardır: Alperin - İsrail, Amirhanyan - Ermənistan, Erimiçuk - Rumıniya.

Xatırladaq ki, 2 apreldə NSDC Alperin və Erimiçuka qarşı sanksiyalar tətbiq edib. Zelenski o zaman bu şəxslərin “Ukrayna qaçaqmalçılığında ilk onluğa” daxil olduğunu vurğulayıb.

Eyni zamanda, Amirhanyan rəsmi olaraq sanksiya siyahısında olmasa da, o da qaçaqmalçılıq fəaliyyətində iştirak edib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri