15 
Apr
2021
11:12
527
28
5062
Virtual karabakh

Ermənistanda sürücü avtomobillə hərbçilərin üzərindən keçdi: Ölənlər və yaralılar var

15 Apr, 2021
11:12
5062

Ermənistanda sürücü avtomobillə hərbçilərin üzərindən keçdi: Ölənlər və yaralılar var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanın Kotayk vilayətində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb, daha dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu barədə shamshyan.com portalı məlumat yayıb.

Hadisə aprelin 15-nə keçən gecə Tiqranadzor magistral yolunda baş verib.

Markası hələ məlum olmayan avtomobili idarə edən sürücü nəqliyyat vasitəsini altı piyadanı üstünə sürüb və hadisədən dərhal sonra ərazidən uzaqlaşıb.

Yol-nəqliyyat hadisəsi nəticəsində iki piyada hadisə yerində ölüb. Digər dörd nəfər müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Qeyd olunur ki, sürücünün şəxsiyyəti artıq müəyyənləşdirilib. O, Kotayk vilayətinin 34 yaşlı sakinidir. 

Məlum olub ki, həmin şəxs avtomobil idarə edərkən sərxoş olub.

Araşdırma nəticəsində həmçinin aydın olub ki, ölənlər və yaralılar Ermənistan ordusunda hərbi xidmət keçən şəxslərdir.

Hadisə ilə bağlı cinayət işi başlanıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri