15 
Apr
2021
12:54
348
24
3078
Virtual karabakh

Erməni mediası: Nikol Paşinyan dünən parlamentdə sərxoş halda çıxış edib

15 Apr, 2021
12:54
3078

Erməni mediası: Nikol Paşinyan dünən parlamentdə sərxoş halda çıxış edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanın Baş naziri Nikol Paşinyan dünən parlamentə sərxoş halda gedib. Bunu hətta onun komandasının üzvləri də şəxsi söhbətlərində inkar etməyiblər.

Bu barədə “Hraparak” qəzeti xəbər yayıb.

Nəşrin məlumatına görə, bunu təkcə Baş nazirin qeyri-adekvat, ziddiyyətli açıqlamalarından deyil, davranışlarından da aydın görmək olardı. O, yalnız əvvəlki hökumətin nümayəndələrini hədəfə almaqla kifayətlənməyib, həm də öz dediklərinə zidd çıxış edib.

Məsələn, bəyan edib ki, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyan müharibənin dördüncü günündə 2-3 gün ərzində müharibəni dayandırmaq üçün tədbirlər görülməsinin lazım olduğunu deməyib.

Ancaq 2020-ci ilin dekabrın 16-da “Azatutyun” radiosuna verdiyi müsahibədə bir sualı cavablandıran Paşinyan Qasparyanın belə bir şey söylədiyini inkar etməmişdi.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri