16 
Apr
2021
08:45
54
73
2131
Virtual karabakh

Yenidoğulmuşu onu öldürmək istəyən anasından xilas etdilər

16 Apr, 2021
08:45
2131

Yenidoğulmuşu onu öldürmək istəyən anasından xilas etdilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Həştərxan vilayətində yenidoğulmuşu onu öldürmək istəyən anasının əlindən xilas ediblər.

“RİA Novosti” bölgə üzrə İstintaq Komitəsinə istinadən məlumat verir ki, qadın xəstəxananın vanna otağında uşaq dünyaya gətirdikdən sonra onu boğmaq istəyib.

Belə ki, 36 yaşlı qadın heç kimə hamilə olduğunu deməyib və həkim-ginekoloqun qeydiyyatına düşməyib.

“Şübhəli yeni doğulmuş körpəni xəstəxananın anbarına aparıb, orada başını plastik torbaya büküb və yorğana bürüyüb. Sonra isə insanların olmadığı yerdə basdırmaq üçün otaqdan çıxarmağa çalışıb”, - deyə Komitədən bildirilib.

Ancaq onun planı baş tutmayıb. Tibb müəssisəinin əməkdaşları qadını görən kimi onun əlindən içində uşaq olan bağlamanı alıblar və təcili yardım briqadası çağırıblar.

Qeyd edilir ki, hazırda uşağın həyatı üçün təhlükə yoxdur.

Faktla bağlı cinayət işi başladılıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri