16 
Apr
2021
06:30
13
152
2851
Virtual karabakh

Tabutda meyitləri dəyişmək üçün kişini qaçırdıb öldürdülər

16 Apr, 2021
06:30
2851

Tabutda meyitləri dəyişmək üçün kişini qaçırdıb öldürdülər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cəsədini kremasiyada istifadə etmək üçün Daun sindromlu kişi qaçırılıb və öldürülüb.

BBC-nin məlumatına görə, dəhşətli hadisə Çində yaşanıb.

Bildirilir ki, xərçəng xəstəliyinə görə can verən kişi qohumlarından ənənəvi dəfn istəyib. Çinin bəzi regionlarında isə bu qadağandır: ancaq kremasiyaya icazə verilir. Ölən şəxsin vəsiyyətini yerinə yetirmək üçün ailə qorxunc plan qurur:  Muzdlu tutub, onlara tabutda dəyişmək üçün meyit tapmalarını istəyirlər.

Xuan və ortağı bu sifariş üçün 107 min yuan (27,8 min manat) alırlar.

Qurbanın cəsədi  sifarişçilərin qohumu adı ilə kremirasiya edilib, vəsiyyət edən kişi isə ənənəvi üsulla gizli şəkildə dəfn olunub.

Ancaq məsələnin üstü açılıb və sifarişi yerinə yetirənlə saxlanılıb. Killerə ölüm hökmü oxunub, ehtimal ki, ömürlük həbs cəzasına dəyişdiriləcək. Ancaq sifarişçilər barədə ciddi tədbir görülməyib. Onlar sadəcə cəsədin təhqir olunmasına görə cərimə ödəməli olacaqlar.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri