15 
Apr
2021
17:42
545
47
4090
Virtual karabakh

ABŞ Rusiyaya sanksiya tətbiq etdi

15 Apr, 2021
17:42
4090

ABŞ Rusiyaya sanksiya tətbiq etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Prezidenti Co Bayden Rusiya Federasiyasına qarşı sanksiyaların tətbiq edilməsi barədə fərman imzalayıb.

Bu barədə TASS xəbər yayır.

Xüsusilə, ABŞ Rusiyanın Vaşinqtondakı diplomatik nümayəndəliyinin 10 işçisini ölkədən çıxarır. Bundan əlavə, ABŞ şirkətlərinə Rusiyanın Mərkəzi Bankı, Rusiya Milli Rifah Fondu və ya Rusiya Maliyyə Nazirliyi tərəfindən buraxılan qiymətli kağızları birbaşa almaq qadağan edilir.

Bunlarla yanaşı, ABŞ hesab edir ki, Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidməti “SolarWinds”ə edilən kiberhücumda məsuliyyət daşıyır.

ABŞ Maliyyə Nazirliyi ölkəsindəki seçkilərə Rusiyadan qaynaqlanan müdaxilə ilə əlaqəli 16 quruma və 16 şəxsə qarşı sanksiya tətbiq edib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri