16 
Apr
2021
14:55
59
147
4373
Virtual karabakh

Tbilisidəki bankda insanları girov götürən ələ keçdi - YENİLƏNİB

16 Apr, 2021
14:55
4373

Tbilisidəki bankda insanları girov götürən ələ keçdi - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstanda “Bank of Georgia”nın Tbilisidəki filialında insanları girov götürən şəxs tutulub.

Bu barədə “Sputnik Gürcüstan”ın müxbiri hadisə yerindən xəbər verir.

Tbilisinin Avlabari rayonundakı “Bank of Georgia”nın filialına hücum cümə günü günortaya yaxın baş verib. 

Bankdan verilən məlumata görə, hücum zamanı bankda beş nəfər olub.

Cinayətkarın tutulması üçün xüsusi əməliyyat təxminən bir saat yarım davam edib.

“Cinayətkar tutuldu, girovlar sərbəst buraxıldı, heç kim xəsarət almayıb”, - deyə Tbilisi patrul polisinin rəhbəri Vaja Siradze jurnalistlərə açıqlayıb.

O, faktla bağlı istintaq başladıldığını da əlavə edib:

“Bu mərhələdə cinayətkarın tələbləri, digər təfərrüat və girov sayı barədə danışa bilmərəm”.

14:00

“Bank of Georgia”nın Tbilisidəki filialına hücumu odlu silahı olan bir nəfər törədib. 

“Sputnik Gürcüstan” xəbər verir ki, bunu həmin vaxt bankın yaxınlığında olan şahid jurnalistlərə deyib.

Onun sözlərinə görə, həmin şəxs dərhal bir qadını buraxıb. Qadın hazırda bankda üç əməkdaşın və bir mühafizəçinin olduğun bildirib.

Tbilisinin Avlabari rayonunda “Bank Of Georgia”ya hücum bu gün günorta saatlarında baş verib.

Polis əməkdaşları Avlabari metro stansiyası ərazisini tam mühasirəyə alıblar. Hazırda metroya giriş bağlanıb.

13.51

Gürcüstanda naməlum şəxslər odlu silahla “Bank of Georgia”nın Tbilisidəki filialına girərək oradakı insanları girov götürüblər.

Bu barədə Gürcüstanın “Rustavi-2” telekanalı elan edib.

Bildirilir ki, filial paytaxtın Avlabari rayonunda yerləşir.

Həmin binada təmir işləri gedir. Ərazi polis tərəfindən mühasirəyə alınıb. Şahidlərin sözlərinə görə, atəş səsi eşidilməyib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri