16 
Apr
2021
22:24
42
206
2804
Virtual karabakh

Rusiya XİN ABŞ sanksiyalarına qarşı cavab tədbirlərini açıqladı

16 Apr, 2021
22:24
2804

Rusiya XİN ABŞ sanksiyalarına qarşı cavab tədbirlərini açıqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Xarici İşlər Nazirliyi ABŞ-ın son sanksiyalarına qarşı cavab tədbirlərini açıqlayıb.

“RİA Novosti” xəbər verir ki, cavab tədbirləri çərçivəsində keçmiş və hazırda fəaliyyət göstərən səkkiz ABŞ məmurunun Rusiyaya girişi müddətsiz olaraq qadağan edilib. Habelə, on amerikalı diplomatın ölkəni tərk etməyi tələb olunub.

Həmçinin, ABŞ-ın ölkədəki diplomatik missiyasına əməkdaşlarının sayını azaltmağı təklif ediləcək.

Rusiya XİN-dən verilən məlumata əsasən, rəsmi Moskva ölkə vətəndaşlarının ABŞ diplomatik missiyalarında inzibati-texniki vəzifələrə qəbulu praktikasına son qoymağı düşünür.

Bununla yanaşı, ABŞ diplomatik missiyalarının fəaliyyətinin təmin olunması məqsədilə ölkə səfirliyinin ABŞ Dövlət Departamenti xətti ilə Rusiya ərazisinə qısamüddətli ezamiyyətlərin təşkili təcrübəsi məhdudlaşdırılır.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri