18 
Apr
2021
07:27
25
375
8856
Virtual karabakh

ÜST koronavirusun yayılmasının pik dövrü barədə proqnozlarını açıqladı

18 Apr, 2021
07:27
8856

ÜST koronavirusun yayılmasının pik dövrü barədə proqnozlarını açıqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus dünyada koronavirusun yayılmasının pik dövrü barədə proqnozlarını açıqlayıb.

Bu barədə “RİA Novosti” xəbər yayıb.

Onun sözlərinə görə, Yer kürəsinin əhalisi tezliklə bütün pandemiya dövründən bəri yoluxmanın pik dövrünə yaxınlaşacaq. ÜST rəhbəri yoluxma və ölüm hallarının artmağa davam etdiyini, bu səbəbdən tezliklə maksimum göstəriciləri görəcəyimizi proqnozlaşdırdı.

“Dünyada həftəlik yeni hadisələrin sayı son bir neçə ayda təxminən iki dəfə artıb və pandemiya başlayandan bəri gördüyümüz ən yüksək yoluxma nisbətinə yaxınlaşıb”, - deyə o, bildirib.

Xatırladaq ki, aprel ayının əvvəlində o, dünyada koronavirusdan ölümlərin artdığını elan etmişdi. Qebreyesus vaksinasiyanı COVID-19 ilə mübarizədə yeganə yol olmadığını vurğulamışdı.

ÜST rəhbəri sosial məsafəni qorumağa, qoruyucu maskalar taxmağa, özünü təcrid etməyə və digər tədbirlərə çağırıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri