17 
Apr
2021
17:49
85
139
3122
Virtual karabakh

İran nüvə obyektindəki təxribatda şübhəlinin adını açıqlayıb - FOTO

17 Apr, 2021
17:49
3122

İran nüvə obyektindəki təxribatda şübhəlinin adını açıqlayıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İran hökuməti Nətənzdəki nüvə təsisində təxribat şübhəlisinin adını açıqlayıb.

Bu barədə “RİA Novosti” İran televiziyasına istinadla xəbər yayıb.

Məlumata görə, həmin şəxs İİR ərazisini tərk etməyi bacarıb.

“Təxribatı törədən şəxsin kimliyi müəyyən edilib. Bu, 43 yaşlı Reza Kadimidir. O, bu müəssisədə işləyib. Təhlükəsizlik qüvvələri onun barəsində öyrəndikdən sonra Kadimi İranı tərk edib. Hazırda onun tutulması və ölkəyə qaytarılması üçün lazımi hüquqi addımlar atılır”, - deyə İran televiziyasından bildirilib.

Şübhəlinin fotosu televiziya vasitəsi ilə yayımlanıb.

Xatırladaq ki, aprelin 11-də Nətənz nüvə obyektinin paylayıcı elektrik şəbəkəsində qəza baş verib. İran hökuməti baş verənləri terror aktı kimi qiymətləndirib və hadisənin günahkarlarına qarşı əks tədbirlər görmək hüququnu özündə saxlayıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri