19 
Apr
2021
10:54
128
21
1649
Virtual karabakh

Ermənistan prezidenti Paşinyanın Seçki Məcəlləsi ilə bağlı başlatdığı dəyişiklikləri imzalamadı

19 Apr, 2021
10:54
1649

Ermənistan prezidenti Paşinyanın Seçki Məcəlləsi ilə bağlı başlatdığı dəyişiklikləri imzalamadı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan prezidenti Armen Sarkisyan Baş nazir Nikol Paşinyan komandasının başlatdığı Seçki Məcəlləsinə reytinq səsvermə sisteminin rədd edilməsini nəzərdə tutan dəyişiklikləri imzalamayıb.

Bu barədə “Lraqir” məlumat yayır.

Bununla yanaşı, o Konstitusiya Məhkəməsinə müraciət etməyib. Ermənistan prezidenti bəzi son sənədlərə, xüsusən də ordu Baş Qərargahındakı mühüm təyinatlarla əlaqədar olan sənədlərə də qol çəkməkdən imtina edib. Bu, bir növ demarşa bənzəyir, baxmayaraq ki, Ermənistan prezidentinin son müharibə şəraiti və daxili siyasi hadisələrlə əlaqəli məsələlərə daha fəal müdaxilə edə biləcəyi fikri mövcuddur.

Armen Sarkisyan dəfələrlə bildirib ki, Nikol Paşinyan və hökumətin istefasını, müvəqqəti hökumətin təyin edilməsini və yalnız Seçki Məcəlləsinə və Konstitusiyaya edilən dəyişikliklərdən sonra seçkilər keçirilməsini doğru hesab edir. Müxalifətin bir hissəsi də eyni fikirdədir.

Nikol Paşinyan hələ təyin edilməmiş seçkilərdən əvvəl hakimiyyəti tərk etmək niyyətində deyil. Buna baxmayaraq, fors-major seçimini, hökumətin istefasını və milli razılaşma hökumətinin qurulmasını heç kim hesabdan silmir.

Ermənistandakı siyasi inkişafları yalnız şərti olaraq daxili adlandırmaq olar: əslində 2020-ci il müharibəsindən sonra Ermənistanda xarici idarəetmə tətbiq olunub və məsələlər digər paytaxtlarda həll edilir.

Ermənistanın siyasi təbəqəsi praktik olaraq suveren addımlar atmır və yalnız Rusiya siyasətinin ardınca hərəkət edir. Bu, Ermənistanda gücün formalaşmasının kənardan qoyulan “ev tapşırıqları”nın yerinə yetirilməsindən tamamilə asılı olduğu faktına gətirib çıxarır.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri