20 
Apr
2021
08:56
119
9
1600
Virtual karabakh

“Normandiya Dördlüyü” toplandı: Almaniya XİN Moskvanı təxribatlardan əməkdaşlığa keçməyə çağırdı

20 Apr, 2021
08:56
1600

“Normandiya Dördlüyü” toplandı: Almaniya XİN Moskvanı təxribatlardan əməkdaşlığa keçməyə çağırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Normandiya Formatı” Ukraynanın şərqindəki vəziyyətin de-eskalasiyasıyasına nail olmaq üçün uyğun bir platforma olaraq qalır.

TASS xəbər verir ki, bunu Almaniyanın Xarici İşlər naziri Heyko Maas Avropa İttifaqı xarici işlər nazirlərinin (XİN) video konfransından sonra açıqlayıb.

“Normandiya formatı” gərginliyin azaldılmasına nail olmaq üçün əlverişli bir formatdır”, - deyə o eyni zamanda, buna “Normandiya Dördlüyü”nün (2014-cü ildə Ukraynadakı böhrana siyasi həll yolu tapmaq məqsədi ilə Almaniya, Rusiya, Ukrayna və Frans tərəfindən yaradılıb) işləri çərçivəsində müvəffəq olub-olunmayacağını hələ deyə bilməyəcəyini qeyd edib.

Maas bildirib ki, “Normandiya sammiti”nin nə vaxt keçiriləcəyi hələ bilinmir, ancaq bu məsələ Fransa prezidenti Emmanuel Makron, Ukrayna lideri Vladimir Zelenski və Almaniya kansleri Angela Merkel arasındakı son danışıqlarda müzakirə olunub.

Onun sözlərinə görə, iclasın “uyğun” olub-olmaması ilə bağlı məsləhətləşmələr iş səviyyəsində davam edəcək.

Maas Moskvanı Ukraynanın şərqindəki vəziyyətdə Qərbin ifadə etdiyi “təxribatlardan əməkdaşlığa” keçməyə çağırıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri