20 
Apr
2021
09:42
18
130
1208
Virtual karabakh

ABŞ-da bəzi tələbələr məcburi peyvəndlənəcək

20 Apr, 2021
09:42
1208

ABŞ-da bəzi tələbələr məcburi peyvəndlənəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son yeddi gündə dünyada beş milyondan çox insan koronavirusa yoluxub.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus bu barədə Cenevrədə keçirdiyi brifinqdə deyib.

“Rossiya 24” xəbər verir ki, Hindistanda altı gün ard arda infeksiya sayına görə anti-rekord yenilənir. Koronavirusun “Hindistan ştammı”nın qarşısını almaq üçün Britaniya bu ölkəni “yüksək risk”li dövlət siyahısına əlavə edəcək. Hətta Britaniyanın Baş naziri Boris Conson Delhi ziyarətini də ləğv edib.

Fransada xəstəxanaya yerləşdirilənlərin sayı get-gedə artır. Yerli mütəxəssislər vəziyyətin pandemiyanın ikinci dalğasının pik həddi ilə müqayisə edilə biləcəyini deyirlər. Baxmayaraq ki, hazırda ölkə əhalisinin təxminən beşdə bir hissəsi vaksinasiya edilib.

ABŞ-da yeni tədris ilindən etibarən böyük universitetlərin tələbələri yataqxanalarda qalmaq istəsələr, peyvənd olunmalıdırlar.

ABŞ səlahiyyətliləri 16 yaşdan yuxarı bütün sakinlər üçün vaksinasiyanın əlçatan olduğunu açıqlayıblar.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri