21 
Apr
2021
15:18
35
305
2212
Virtual karabakh

Hindistanda koronavirusun yeni növü aşkar edilib

21 Apr, 2021
15:18
2212

Hindistanda koronavirusun yeni növü aşkar edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hindistanın Qərbi Benqaliya ştatında koronavirusun mutasiyaya uğramış yeni növü aşkar edilib.

Bu barədə Hindistanın Genomika və İnteqrativ Biologiya İnstitutunun əməkdaşı Vinod Skariya öz “Twitter” səhifəsində məlumat yayıb.

Mütəxəssis koronavirusun yeni mutasiya etmiş növü barədə, o cümlədən onun təkrar infeksiyalara səbəb olub-olmaması haqda çox az məlumata sahib olduqlarını söyləyib.

V.Skariya qeyd edib ki, bu suallara daha dəqiq və hərtərəfli cavab vermək üçüm məqsədyönlü epidemioloji tədqiqatların aparılmasına ehtiyac var.

Xatırladaq ki, Hindistan COVID-19-dan ən çox zərər çəkən ölkələr sırasında ikinci yerdədir.

Bu günə qədər 182 570 hindistanlı koronavirusun qurbanı olub.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri