22 
Apr
2021
04:55
195
15
1076
Virtual karabakh

Afrikada 650 mindən çox uşağa dünyada ilk malyariya peyvəndi vurulub

22 Apr, 2021
04:55
1076

Afrikada 650 mindən çox uşağa dünyada ilk malyariya peyvəndi vurulub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyada malyariyaya qarşı hazırlanan ilk peyvənd Afrikanın 3 ölkəsində 650 mindən çox uşağa vurulub.

Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) edilən yazılı açıqlamada bildirilir ki, son 2 ildə Qana, Kenya və Malavidə peyvəndləmə proqramı çərçivəsində 1,7 milyondan çox dozada peyvənd tətbiq edilib.

“RTS,S” adlı, 4 dozada tətbiq olunan peyvəndlərin profilaktik tədbir ala bilməyənlər üçün böyük əhəmiyyət daşıdığını bildirilir.

Dünyanın bir çox yerində hər il yüz minlərlə insanın ölümünə səbəb olan malyariya üçün hazırlanan peyvənd ilk dəfə 2019-cu ilin aprelində Malavidə tətbiq olunub.

Ölümcül xəstəliklərdən biri olan və hər iki dəqiqədə bir uşağın ölümünə səbəb olan malyariya ən çox Afrikada yayılıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri