22 
Apr
2021
14:21
427
21
6822
Virtual karabakh

Səlcuq Bayraktardan “F-35”lə bağlı vacib AÇIQLAMA - VİDEO

22 Apr, 2021
14:21
6822

Səlcuq Bayraktardan “F-35”lə bağlı vacib AÇIQLAMA - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Müdafiə Nazirliyi dünən axşam Türkiyənin “F-35” proqramından rəsmi olaraq çıxarıldığını Ankaraya bildirdiyini elan etdi.

Bu açıqlamadan sonra “F-35”lər yenidən gündəmə gəlib və “Bayraktar” PUA-larının istehsalçısı olan “Baykar Savunma” şirkətinin rəhbəri Səlcuq Bayraktar əhəmiyyətli açıqlamalar verib. 

“Telegram” səhifəsində video yayımlayan Bayraktar qeyd edib ki, “F-35”ləri verməmələri bu gün bizim üçün bir dezavantaj kimi görünsə də, sabah milli müdafiə sənayemiz üçün ən böyük üstünlüklərdən biri ola bilər. Çünki proqram təminatı xaricdən alınır. Və belə olan halda atəş açılan zaman nəyin baş verəcəyinə qərarı biz vermirik. O, bizi müstəqil istifadə baxımından ciddi məhdudiyyətlərə məruz qoya bilər. Bundan əlavə, satınalma, istismar və təmir xərcləri nəzərə alınarsa, illər ərzində on milyardlarla dollarlıq bir layihədən söhbət gedir.

Bəli, bu gündən etibarən belə bir təyyarə istehsal etməyimiz 15-20 il çəkəcək.

İnkişaf etdiriləcək milli platformanın tədarük, istismar və təmir xərcləri istənilən halda “F-35”dən az olacaq.

Xaricdən satın alınacaq sistemin mümkün istifadə məhdudiyyətlərini və potensial embarqoları nəzərə alsaq, milli döyüş platforması bizə müstəqil istifadə imkanı verəcək”.

Bayraktar belə təyyarənin ilk uçuşunun təxminən nə zaman olacağının da proqnozunu verib:

“Məqsədimiz bu platformanın prototipinin ilk uçuşunu 2023-cü ildə həyata keçirməkdir”.

 

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri