22 
Apr
2021
21:28
554
30
3598
Virtual karabakh

İrəvandakı etirazlarda toqquşmalar baş verib – VİDEO

22 Apr, 2021
21:28
3598

İrəvandakı etirazlarda toqquşmalar baş verib – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan Baş prokurorluğu qarşısında keçirilən etiraz aksiyası zamanı təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında toquşmalar qeydə alınıb.

“RİA Novosti” xəbər verir ki, toplaşanlar baş nazir Nikol Paşinyanın Sünik vilayətinə səfəri zamanı ona qarşı çıxan yerli sakinlərə dəstək nümayiş etdiriblər. Etirazçılar prokurorluğun vilayət sakinlərinə qarşı açdığı cinayət işinin bağlanmasını və əksinə, qanunsuz qərarlar verən Paşinyana qarşı istintaqın başladılmasını tələb ediblər.

Xatırladaq ki, Ermənistan Baş nazirinin çərşənbə günü qeyd olunan bölgəyə səfəri kütləvi iğtişaşlarla müşayiət olunub. Paşinyan hüquq-mühafizə orqanlarından itaətsizlik göstərənlərin və onu təhqir edənlərin sərt şəkildə cəzalandırılmasını tələb edib.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri