May
2021
00:42
25
267
1680
Virtual karabakh

Tacikistanda qırğız hərbçilərinin sərhəddəki fəaliyyəti təcavüz kimi qiymətləndirilib

4 May, 2021
00:42
1680

Tacikistanda qırğız hərbçilərinin sərhəddəki fəaliyyəti təcavüz kimi qiymətləndirilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qırğızıstan hərbçilərinin Tacikistanla sərhəddəki fəaliyyəti beynəlxaql hüquq normalarına əsasən təcavüzdür.

“RİA Novosti” xəbər verir ki, bunu Tacikistan Prokurorluğu bəyan edib.

Qurumdan verilən açıqlamaya görə, digər dövlətin suverenliyi və ərazi bütövlüyünə qarşı silahlı qüvvədən istifadə edilməsi BMT nizamnaməsinə ziddir.

Xatırladaq ki, aprelin 28-dən 30-dək Qırğızıstanla Tacikistanın sərhəd bölgələrində silhalı toqquşmalar baş verib. Nəticədə hər iki tərəfdən 40 nəfərin öldüyü, 200-dən çox insanın isə yaralandığı bildirilib.  

Mayın 1-də tərəflər atəşkəs barədə razılığa gəliblər.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri