May
2021
02:25
211
10
1548
Virtual karabakh

Danimarka “Johnson & Johnson” peyvəndindən imtina edib

4 May, 2021
02:25
1548

Danimarka “Johnson & Johnson” peyvəndindən imtina edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Danimarka hökuməti əhalinin koronavirusa qarşı vaksinasiyası prosesində “Johnson & Johnson” peyvəndindən istifadə etməyəcək.

“RİA Novosti” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən yayılan məlumatda bildirilib.  

Məlumata əsasən, preparatdan imtina edilməsi onun damarlarda tromblar yaratması ehtimalı ilə bağlıdır. Bildirilib ki, bu qərardan sonra Danimarka əhalisinin vaksinasiyası proqramında gecikmələr baş verə bilər.

Qeyd edək ki, bir müddət öncə ölkə hökuməti “AstraZeneca” vaksinindən də imtina etmişdi.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri