May
2021
22:35
61
389
3932
Virtual karabakh

Türkiyədə karantin tədbirləri sərtləşdirilir

4 May, 2021
22:35
3932

Türkiyədə karantin tədbirləri sərtləşdirilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mayın 7-dən etibarən Türkiyədə karantin rejimi ilə bağlı məhdudiyyətlər daha da sərtləşdiriləcək.

“Haber Global”ın ölkənin Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata əsasən, məhz bu tarixdən sonra marketlərdə yalnız əsas tələbat malları və gigiyena vasitələrinin satışına icazə veriləcək. 

Elektronika, oyuncaq, dəftərxana ləvazimatları, geyim, avtomobil aksesuarları, qab-qacaq və bağ-baxça üçün nəzərdə tutulmuş məhsulların satışı isə qadağan olunacaq.

Qeyd edək ki, daha əvvəl ölkə mağazalarında spirtli içkilərin satışı qadağan edilmişdi.

Məhdudiyyətlər mayın 17-dək qüvvədə qalacaq.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri