May
2021
03:30
28
142
4101
Virtual karabakh

“Pfizer” dərmanı Parkinson xəstəsində hiperseksuallıq yaradıb

5 May, 2021
03:30
4101

“Pfizer” dərmanı Parkinson xəstəsində hiperseksuallıq yaradıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtaliya məhkəməsi “Pfizer” əczaçılıq şirkətinin 60 yaşlı parkinson xəstəsinə 500 min avro təzminat ödəməsi ilə bağlı qərar qəbul edib.

TASS xəbər verir ki, buna səbəb “Cabaser” adlı dərman vasitəsinin yan təsirləri olub.

Belə ki, adıçəkilən preparat 5 il ərzində onu qəbul edən İtaliya sakinində qumar oyunlarından asılılıq və ifrat seksual aktivlik yaradıb.

Bu müddət ərzində parkinson xəstəsinin həyatı kəskin şəkildə pisləşib. O, əsl qumarbaza çevrilib, işini itirib və külli miqdarda borca düşüb.

Bildirilib ki, məhkəmə işi 2015-ci ildən başlasa da, yekun qərar yalnız indi açıqlanıb. İtaliya sakini 2001-2006-cı illərdə “Cabaser”i qəbul edib.

“Pfizer” isə yalnız 2007-ci ildən başlayaraq, qumar oyunlarından asılılıq və hiperseksuallığı dərman vasitəsinin yan təsirləri siyahısında qeyd etməyə başlayıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri