May
2021
17:36
538
40
1833
Virtual karabakh

Fransada müsəlman qadınlardan “hicabıma toxunma” etirazı - FOTO

7 May, 2021
17:36
1833

Fransada müsəlman qadınlardan “hicabıma toxunma” etirazı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransada yaşayan müsəlman qadınlar ölkədə baş örtüyü qadağasına etiraz nümayış ediblər.

“Anadolu” agentliyi xəbər verir ki, hicablı Fransa vətəndaşları sosial mediada “hicabıma toxunma” (Pas Touche A Mon Hijab) hərəkatına başlayıblar.

Müsəlmanları hədəf aldığına görə tənqid olunan və “separatçı” kimi tanınan “Cümhuriyyət dəyərlərinə hörməti gücləndirən əsaslar” adlı qanun layihəsi Senatda müzakirə edilərkən hicab xüsusilə hədəf alınıb.

Senatda qanun layihəsinə məktəb gəzintilərində şagirdləri müşayiət edən anaların, 18 yaşınadək qızların ictimai yerlərdə, rəsmi idman yarışlarında hicab geyinməsini və hovuzlarda hicablı çimərlik geyimi geyinməsini qadağan edən maddələr əlavə olunub.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri