May
2021
04:00
26
115
1995
Virtual karabakh

Orta və aşağı gəlirli ölkələr “Pfizer” və “BioNTech” peyvəndlərini almırlar

9 May, 2021
04:00
1995

Orta və aşağı gəlirli ölkələr “Pfizer” və “BioNTech” peyvəndlərini almırlar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın “Pfizer” şirkəti almaniyalı tərəfdaşı “BioNTech” ilə koronavirusa qarşı hazırladığı “Comirnaty” peyvəndini aşağı və orta gəlirli ölkələr sifariş etməyiblər.

“Bloomberg” xəbər verir ki, bu barədə “Pfizer”in icraçı direktoru Albert Burla açıqlayıb.

“Bütün ölkələrdən onlara peyvənd ayırmaq üçün sifariş vermələrini istəmişik. Əslində, yüksək gəlirli dövlətlər dozaların çox hissəsini sifariş ediblər”, - deyə o bildirib.

Burla qeyd edib ki, çatdırılma məhdud səviyyədə olduğundan orta və aşağı gəlirli ölkələrə vaksin almaq təklif edilib, lakin onlar başqa istehsalçılardan dərman almağa qərar veriblər.

Burla həmçinin vurğulayıb ki, “Pfizer” və “BioNTech” peyvəndlər üçün səviyyəli qiymət modelindən istifadə edir:

“Dərman orta gəlirli ölkələrə yüksək gəlirli ölkələrin ödədiyinin yarısı qədər, az gəlirli ölkələrə isə maya dəyərində təklif edilib”.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri