May
2021
00:24
58
113
5422
Virtual karabakh

Rusiyadan sonra Türkiyə də COVID-19-un müalicə təlimatlarında dəyişiklik etdi

9 May, 2021
00:24
5422

Rusiyadan sonra Türkiyə də COVID-19-un müalicə təlimatlarında dəyişiklik etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Səhiyyə Nazirliyi COVID-19-un müalicə təlimatlarına dəyişiklik edib.

“Anadolu” agentliyi məlumat verir ki, “Yetkin xəstələrin müalicəsi” bölümündə dəyişiklik olunub.

Türkiyədə, Avropada, ABŞ-da və digər dövlətlərdə daha əvvəl başqa xəstəlliklərin müalicəsində istifadə edilən “Hidroxloroxin”, “Firapiravir”, “Remdesivir”, “Lopinavir-ritonavir” kimi dərmanların koronavirusa qarşı antiviral olaraq istifadəsinin tövsiyyə olunması və istifadə edilməsi xatırladılıb.

Qeyd edilib ki, “Hidroxloroxin”in istifadəsi müalicə protokolundan çıxarılıb.

COVID-19 xəstələrində bakterial ko-infeksiya nisbətinin aşağı olduğu üçün emprik antibiotik istifadəsi tövsiyə edilmir.

Bundan əlavə, təlimatda bildirilir ki, “Favipiravir”in qəbul dozası ağır sətəlcəm, 50 yaşlı və komorbidliyi olan xəstələrdə dəyişdirilib.

Xatırladaq ki, Rusiyada da “Hidroksixloroxin” COVID-19 müalicəsi üçün təyin olunan dərmanlar siyahısından çıxarılıb. Bunun əvəzinə bu siyahıya “İmmunoglobulin” əlavə edilib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri