10 
May
2021
07:10
327
28
2164
Virtual karabakh

Türkiyədə məscid divarı qeyri-adi üsulla bəzədildi – FOTO/VİDEO

10 May, 2021
07:10
2164

Türkiyədə məscid divarı qeyri-adi üsulla bəzədildi – FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Antalyanın Muradpaşa ilçəsinin Güvənlik məhəlləsindəki Çallıoğlu məscidinin divarları qeyri-adi üsulla bəzədilib.

“Haber Global”ın məlumatına görə, məscidin təmizlik işlərində yardımçı olan Kamal adlı şəxs iki ay öncə boyanan divarlara əl izlərini həkk edərək “Salamun Aleykum” yazıb.

Məscid imamının şikayəti əsasında polisə aparılan 28 yaşlı gənc öz əməlini həm estetik, həm də sosial təbliğat baxımından izah edib.

O bildirib ki, son zamanlar ibadətgahın həyətinə daxil olan müsəlmanlar bir-birinə Allahın salamını verməyə belə ərinir. Bu yazı və əl izləri həm divarı bəzəyir, həm də bura gələnlərə dini ənənəni xatırladır.

Qeyd olunan izahatdan sonra “dizayner” sərbəst buraxılıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri