11 
May
2021
01:15
404
66
1971
Virtual karabakh

İspaniyada karantin yumşaldıldı: Maskasız insanlar sosial məsafə gözləmədən küçələrə axışdı - FOTO

11 May, 2021
01:15
1971

İspaniyada karantin yumşaldıldı: Maskasız insanlar sosial məsafə gözləmədən küçələrə axışdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İspaniyada koronavirusa görə altı aydır tətbiq olunan fövqəladə vəziyyət sona çatıb.

“Haber Global” məlumat verir ki, minlərlə insan ölkənin müxtəlif şəhərlərində meydanlara axışıb.

Yüzlərlə insan Madridin Puerta del Sol meydanına maskasız toplaşaraq, məsafə gözləmədən küçə ziyafəti təşkil edib.

Əsasən gənclərdən ibarət olan dəstə epidemiyanı unudub, oxuyub rəqs edərək əylənib.

Barselonadakı meydanlar və çimərliklər də oxşar mənzərələrə şahid olub. Bir çoxu maskasız olan 500-dən çox insan meydanlara axışıb. Küçə məclislərində atəşfəşanlıq zamanı izdihamı dağıtmaq üçün polis müdaxilə edib.

Qeyd edək ki, İspaniya koronavirusa 3 567 408 yoluxma ilə dünyada bu xəstəliyə yoluxanların ən çox olduğu ilk onluğa daxildir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri