11 
May
2021
07:00
315
21
1687
Virtual karabakh

“Taliban” Ramazan bayramına görə atəşkəs elan etdi

11 May, 2021
07:00
1687

“Taliban” Ramazan bayramına görə atəşkəs elan etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Taliban” silahlılara tətildə heç bir hücum etməmək tapşırığı verildiyini açıqlayıb.

Bu barədə “Anadolu” agentliyi məlumat yayır.

Qeyd olunur ki, “Taliban” yaraqlıları hökumətin nəzarəti altındakı bölgələrə, eləcə də hökumət qüvvələri “Taliban” tərəfindən nəzarət edilən bölgələrə gedə bilməzlər.

Açıqlamada insanların tətilini dinclik və təhlükəsizlik şəraitində keçirmələri üçün atəşkəs qərarının alındığı və atəşkəs zamanı qarşı tərəfdən edilən hər hansı bir hücuma cavab veriləcəyi də vurğulanıb.

“Taliban” tərəfinin atəşkəs qərarı ilə əlaqədar hökumət tərəfindən hələ bir açıqlama verilməyib.

Əfqanıstan hökumətinə görə, xarici qüvvələrin təxminən 10 gündür geri çəkilməyə başlamasından sonra ölkədə şiddət xeyli artıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri