11 
May
2021
01:45
21
417
4886
Virtual karabakh

Valideynlərinin dəmir qəfəsə saldıqları qız ölü tapıldı

11 May, 2021
01:45
4886

Valideynlərinin dəmir qəfəsə saldıqları qız ölü tapıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Antalya şəhərinin Manavqat rayonunda dəhşətli hadisə baş verib.

DHA xəbər verir ki, 26 yaşlı əqli zəif olan Hafizə Bakır dəmir qəfəsdə ölü tapılıb.

Belə ki, özünə xəsarət yetirməsin deyə valideynləri onu 1,5 metr hündürlüyündə dəmir qəfəsə salıblar.

Səhər saatlarında atası onu başı qəfəsin yuxarı hissəsində dəmirlərin arasına sıxılmış vəziyyətdə tapıb.

Hadisə yerinə təcili yardım və xilasedicilər cəlb edilib. H.Bakırın həyatını itirdiyi məlum olub.

Onun meyiti ekspertizaya götürülüb. Faktla bağlı araşdırma başladılıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri