11 
May
2021
06:00
28
348
2757
Virtual karabakh

Qanq çayında onlarla COVID xəstəsinin cəsədi aşkarlanıb

11 May, 2021
06:00
2757

Qanq çayında onlarla COVID xəstəsinin cəsədi aşkarlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hindistanda Qanq çayının Bihar ştatı ərazisindən keçən hissəsində onlarla cəsəd tapılıb.

“The Times of India” qəzetinin məlumatına görə, cəsədlərin koronavirusdan ölən xəstələrə aid edildiyi bildirilir.

Cəsədlərin suya atılmasına səbəb kimi yandırılmanın yoxsul əhali üçün bahalı ayin olması göstərilir.

Yerli sakinlərin sözlərinə görə, Buksar dairəsindəki Qanq çayının qolunda artıq 100-150 cəsəd tapılıb.

Yerli hakimiyyət orqanları meyitləri suya atanların sərt şəkildə cəzalandırılacağına söz verib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri