11 
May
2021
14:15
30
589
11080
Virtual karabakh

Kazanda məktəbə edilən hücum nəticəsində ölənlərin sayı dəqiqləşdi

11 May, 2021
14:15
11080

Kazanda məktəbə edilən hücum nəticəsində ölənlərin sayı dəqiqləşdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Kazan şəhərindəki təhsil müəssisəsinə edilən silahlı hücum nəticəsində yeddi məktəbli və bir müəllim öldürülüb.

“RİA Novosti” agentliyi xəbər verir ki, bu barədə Tatarıstan rəhbərinin mətbuat xidməti məlumat yayıb.

İnsident nəticəsində 20 nəfər yaralanıb.

Daha əvvəl Tatarıstan Respublikasının Prezidenti Rustam Minnixanov açıqlamasında bildirmişdi ki, öldürülənlərdən dördü oğlan, üçü qızdır. Onların hamısı səkkizinci sinif şagirdləridir.

Hüquq mühafizə orqanlarının məlumatında isə qeyd olunur ki, həlak olanların sayı 11 nəfərdir. Onlardan ikisi xilas olmaq üçün özünü üçüncü mərtəbədən atan məktəblilərdir.

Məktəbə silahlı basqın edən gənclərdən biri saxlanılıb, digəri öldürülüb.

Onların üzərində gəzdirdikləri silahın rəsmi qeydiyyatda olduğu məlum olub.

Məktəblilərin hamısı artıq təxliyə edilib, hazırda onlara psixoloji yardım göstərilir.

Hadisə ilə əlaqədar cinayət işi açılıb. Kazanda anti-terror əməliyyatı rejimi tətbiq olunub. Bütün tədris müəssisələrində təhlükəsizlik tədbirləri gücləndirilib. Tatarıstanda sabah matəm günü elan edilib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri